2015/05/26

1 SEZON,2 MƏŞQÇİ,3 PREZİDENT,4 ULDUZ!!!


Bu yazını yazmaqda məqsədim bəzi Fənərbahçe azarkeşlərinin təskinliklərinə bir aydnlıq gətirməkdir.Bir Galatasaray azarkeşi olaraq 20ci çempionluq ilin ən gözəl hədiyyələrindən biri oldu mənə.Bəli Galatasaray 20ci çempionluğu və 4cü ulduzu İLK olaraq 25.05.2015ci il tarixində Fənərbahçenin İstanbul Balıkşehir qarşısında xal itirməsi ilə öz formasına taxdı.Həm son oyunu gözləmədən.1 gün öncə FB məşqçisi öz klubundan və oyunçularından əvvəl güvəndiyi Beşiktaş Galatasaray qarşısında TT Arenada 2-0 məğlub oldu.Ümüdlərini Çaykur Rizeye zilləyən İsmail Kartal yəqin oyunçuları ilə öz oyunlarına hazırlaşmaları lazim oldğunu unudublar ki,futbol yox teykvando oyununa çıxdıqlarını zən edən futbolçuları oyunda 10 dəqiqə ərzində 4 qirmizi aldı və oyunu azlıqda 2-2 hesabı ilə bitirdi.Bundan öncə isə Genclerbirliyi oyununda qapıçının topa uzanmağını və hər fürsətdə özlərinin palçığını Galatasaraya yaxmaq istəyən Fənərlilər Volkan Babacanın (2006-2011 ci il FB-da oynayıb)baxdığı və buraxdığı topları görməməzlikdən gəldilər.
Oyunun özətinə buradan baxa bilərsiz 

Gələk ilin əvvəlinə Galatasaray bu il Prandelli ilə başlamışdı ligə bundan əlavə Çempionlar Ligi və Türkiyə kubokunda oyunları vardı.Prandelli dönəmində bərbad nəticələr göstərərək hər oyunda həm liqdə həm də ÇLdə tarixinin antirekorduna (hətta az qala Fənərbahçenin ÇLdə qurupda qolsuz və xalsiz tamamlaması antirekordunu) imza atan Galatasaray rəqib azərkeşlərin "G4L4T4S4R4Y" kimi gözəl zarafatlarına tuş gəldilər.
                                          Galatasarayın 2014-2015  ÇL nəticəsi.
Amma onlar nə bilərdilərki hər məzləndikləri komanda 4cü ulduzu taxanda eynisini onlara Galatasaray azarkeşləri edəcək.Galatasaray bu çempionluq yolunda irəlilədiyi yolu yazıram.Fenerbahçe ancaq ligdə və Türkyə Kubokunda irəlilədiyi vaxtda (sonradan kubokda məğlub olub ancaq liqə üstünlük veriləcəkdi) Galatasaray və Beşiktaş avropada və lig,kubok qarışıq oyunlara çıxırdı.Galasaraya uğursuz məğlubiyyət serialarının ardından öncə Prezident Ünal Aysal istefa edərək klub prezidentliyindən çəkildi.Maliyə problemləri ilə üzləşən Galatasarayin başına müvəqqəti olaraq "Divan Başkanı" Duygun Yarsuvat gəldi.Alacaqlaq və veriləcək pullardan yaranan problemləri müvəqqəti olaraq yoluna qoydular.Çempionlar Ligasindakı uğursuz nəticələr isə Dekabr ayında Prandellinin komandadan uzaqlaşdırlması ilə nəticələndi.Təbii ki,bu uğursuzluqları tək onun üzərinə atmaq olmaz.Nəzərə alsaq ki,TFF "yabancı oyunçu" uyqulaması ilə əlaqədar Galatasarayın və Beşiktaşın önünü çox məharətlə kəsirdi(Məsələn gələn sezon Fenerin avropaya getmə şansı yaranan kimi özlərinin Galatasaray yandaşı adlandırdıqları TFF yabancı oyunçu qaydalarında 180 dərəcəli qərar dəyişikliyinə getdilər.Nə qədər istəsən yabancı oyunçu qat heyətə).Nə isə problemlər problem dalınca gəldi.Prandelli getdi Dekabrda Hamza Hamzaoğlu gəldi.Söhbəti uzatmaq istəmirəm sona 2 tur qalmış yenidən seçimlər oldu və seçimlər sonrası Duygun Yarsuvat yerinə Dursun Özbək komandaya Prezident seçildi.Galatasaray bütün sezon boyu 2 məşqçi 3 prezident deyişərək Süper Lig Çempionu oldu və bundan əlavə Türkiyə Kubokunda Finala çıxdı.Ümüd edirəm Kuboku da alıb sezonu 2 kubokla qapadarıq.
  Fənər nə etdi deyim sizə sezonun ən çətin fikstur vaxtı 4-5 oyunçusu zədənləndi və növbəti tur Bursasporla rəqib meydançasında oyunu olan Fənərə birdən Rize dönüşü kimsə silahlı hücum etdi.Təsadüfdən həmin gün avtobusu həmişə müşayət edən polis maşını yox idi.Silahlı hücuma məruz qalan Fenerbahçe klubu yönəticiləri edən şəxsin və işin motivi anlaşılana qədər oyuna çıxmayacaqlarını açıqladı.
Silahla hücum edən şəxs necə peşakar imişsə 100 metr hadisə yerindən aralı silahı açıb qaçıb.TFF isə ligləri 1 həftə təxirə saldı hansı ki həmin müddətdə Fənərin zədəli oyunçularının bəziləri sağaldı və Bursaspor oyununa hazır oldular.Fenerin oyuna çıxmama qərarı verən yönəticiləri o dəqiqə fikirlərini dəyişdilər.
Sezon başı Galatasarayı oyunçuların pulunu verə bilmir deyə ələ salan azarkeşlər Genclerbirliyi oyununda GSnın oyun aldığını söylədilər.Özlərinin bir həftə öncə oyunda vurduqları qolu görməməzlikdən gələn Fenerlilər GSa söz atdılar
Bundan əlavə bu il ən çox penaldan qol vuran klub 3 böyüklər arasında Fənərbahçedir.İstədikləri anda ligi 1 həftə ertəliyən TFF belə bulara kömək ola bilmədiyi kimi hələ üstəgəl GS yandaşı etdilər.
 Bütün ümüdləri puça çıxan Fənərlilər ind isə "olsun biz sizi 6-0 yendik" və "bizi 15 ildi öz meydançamızda uda bilmirsiz" MODuna keçiblər.
Bu 15 il ərzində isə GALATASARAY nələr edib.(1999) 4 il ardıcıl çempionluq (İlk dəfə və hələki tək) UEFA kuboku.(Arsenalı məğlub edib kuboku qazanan Galatasaray Türk futbolunda ən böyük naliyyəti qazandı) UEFA Super Kubok (Superkubok finalında Real Madridi məğlub etdi.Həmin Real Madridin müdafiəçisi illər sonra Fenere gelende yere-göyə sığmayan Fenerlilər Kuboku öz gözəl "məntiqləri" ilə heçnə edir) Türkiyə Lig Çempionluğu: 1999, 2000, 2002, 2006, 2008, 2012, 2013, 2015 Türkiyə Kuboku: 1999, 2000, 2005, 2014 Türkiyə Süperkuboku: 2008, 2012, 2013
Ümumilikdə isə 17 kubok.


Bu müddətdə Fener 6 Lİg (1i şikəli olduğu üçün Avropandan 2 il men cezası alıb,CASa gedib "CAS davası onur davamız" deyib geri çəkmərik deyib geri çekdilər.2012ci ildə FB maliye problemləri yaşandığına görə TFF Prezidenti Mehmet Ali Aydınlar (FB kongre üzvü) super final deyə bir şey çıxartdı LIGİ FBdan 9 xal qabaqda qutaran GS Super Fİnalda İLK dəfə FBnın meydançasında Kubok qaldırdı.Çarəsiz qalan FB yönəticiləri işıqları söndürüb buna mane olmaq istədilər.) 2 Türkiyə Kuboku və 3 Süper Kuboku qazanıb.Ümumilikdə 11 kubok.Və bütün bulara baxmayaraq hələ də Fenerlilər onlar bii 15 ildi öz meydançamızda udmur deyirlər


Sonda deyim Platininin bir sözü var "Böyük klublar qazandıqları kuboklara görə,kiçik klublar məğlub etdikləri "Böyük klublara" görə sevinər"
İndi isə əziz Galatasaray və Fənərbahçe azarkeşləri özünüz seçin nəyə sevinmək lazımdı!!! 

2013/04/22

Həyat hər gün nəsə örgədir.

Bunu Dj Fateh Facebook hesabından paylaşıb.Mən də oxuyanda başda dedim mənim də başıma gəlib falan...Amma sonda ...Nəysə türklər demiş insanlara  "önyarqılı" olmaq lazım deyil...
Kinoteatrda oturub filmə baxırıq. Zal ağzına kimi doludur, hamı bir-birinin üstündə oturub az qala. Ənənəvi olaraq, popkorn səsi telelfon zənglərinə qatışıb. Bizdən 2 sıra arxada da bir cütlük oturub və film başlayandan bəri, hər epizoddan sonra oğlan sevgilisinə ekranda baş verənləri izah edir, öz şərhlərini əlavə edir. Məndən uzaqda otursalar da, elə bil düz qulağımın dibində danışırlar. Dərd orasıdır ki, türk dilində filmə baxırıq. Yəni başa düşülməyəsi çox az şey var. Bir də onu gördüm ki, filmin ortasında, arxamda əyləşən qızlar dözməyib həmin o cütlüyə irad tumaq qərarına gəldilər. Başımı çevirdim ki, qızlara dəstək olum - onlara kobud cavab verməsinlər. Qız elə təzə ağzını açdı ki, "İmkan verə...". Hamımız donub qaldıq. Cavan oğlanın yanında əyləşən qızın gözündə qara eynək var idi. Oğlan səbrlə, heç yerindən durmadan bircə cümlə dedi və içi mən qarışıq, zalın yarısı dözməyib bayıra çıxdı. "Üzr istəyirəm, bacım görmür...həftədə bir dəfə...kino...". Qardaş, bağışla! Sənin neçə ildir səbrlə dözdüyünə, biz 120 dəqiqə dözə bilmədik. Bağışla. Allah günahımızdan keçsin! Bunu elə o saat ona görə bölüşürəm ki, bir-birimizə qarşı bir az daha dözümlü olaq. Bir qulağımızı kar, bir gözümüzü kor edə bilək. Özümüzdən çıxmayaq. Özümüzə gələk. Yoxsa gözümüzdən gələcək.

2013/04/18

İnsanlar necədə qəribədi..


Doğurdan insanlar necə qəribədi.Olsunlar ee qəribə amma belə yaxındakılar olanda bilmirsən nə edəsən.Hərdən ya mən anlamamaqda anormalam kimi gəlir yada ətraf.
Hərə öz həyatını yaşayır.Əziz olan birinin sənin rahatlığın necə narahat edə bilərki.Mən bir işdə işləyirəm sərbəst qrafikdədi.Sözün düzü əksər gənclik kimi məndə işə tanışlıqla daxil olmuşam.Sərbəst qrafik dedim,amma bu daha sərbəstdi.Şükür indiyədək maaş almaq problemi olmayıb.İşin özünə baxanda burda maaş almaq ayda sənə havadan pul gəlməsinə bənzəyir.Mən ümumiyyətlə yalan danışmağı sevmirəm.(normal insanlar kimi)Bu işə girəndən sora ətrafımdakıların reaksiyasına görə artıq neçə dəfə yalan danışmışam.Məsələn,məndən bir iki dəfə soruşdular iş necədi dedim belədi sərbəstdi ancaq nəsə olanda gedirsən zad.Sora təkrar soruşdular və əlavə etdilər kefdəsən.Sora təkrar soruşdular,minnətdə etdilər ki heçnə etmirsən.Sonra minnət etdilər əlavədə etdilər neynirsən ee guya.Başa düşmürəm bu kimi niyə necə incidir axı bu.Yəni belə olması çox narahat vericidi.Yoxsa onların haqqını yemişəm.Məndə anladım ki,bəzi insanlar yalanı özləri səndən alır.Artıq onlara işdəyəm,yorğunam,vaxtda olmur deyirəm.Elə lazımdı.Onlar onda rahat olur hiss edirəm.Nə yalan deyim məndə rahat oluram ki,daha onları bu sərbəstliyim, rahatlığım narahat etmir.
Mən həmişə həyatından lazımsız insanları bir addıma silə bilənlərə qibtə etmişəm.Amma heç vaxt özüm bacarmamışam.Çox heyif..Çoxunu pozanla silmək istərdim sırf məndən yalanı tələb etdikləri üçün.Bax bu insanlar necədə qəribədir...

2013/04/09

Çərpələng uçuran

Xalid Hüseyni - Çərpələng Uçuran


                                                 
                                                   
1.O zamandan çox keçib,amma həyatdan aldığım dərs budur ki, keçmişin keçərliliyi, keçmişi gömmək barədə deyilənlər yalan imiş… Çünki Keçmiş dişiylə-dırnağıyla yol tapıb üzə çıxır…
2.Səndən ötrü min yol… Senin için binlerce kez yaparım…
3.Şeytan da güzgü ilə işıq salır ki, müsəlmanları ibadətdən yayındırsın.
4.Gözlər insanın ruhuna açılan pəncərədir.

5.Şiələr bunu yaxşı bacarırlar – özlərini qurban kimi təqdim etməyi.
6.Əfqanların hər şeyi şişirtmə adəti təəssüf ki, milli azara çevrilmişdi...
7.Allahın verdiyi istedadı boşuna xərcləmək eşşəklikdir…
8.Hitler üçün çox gecdir , amma bizimki hələ qabaqdadır.
9.Həkim “ağrıtmayacaq” deyirsə, işin xarabdır...
10.Sən bu saqqallı axmaqlardan heç vaxt dəyərli bir şey öyrənməyəcəksən...
11.Onlar təsbeh oynatmaqdan və anlamadıqları dildə yazılmış kitabdan sitat gətirməkdən başqa bir şey bilmirlər.
12Bax, molla nə öyrədir öyrətsin, dünyada sadəcə bir günah var, bircə dənə. Bu da oğurluqdur. Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır.
13.Sən adam öldürəndə, onun həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan.
14.Əgər orda Allah varsa, mən güman edirəm ki, onun diqqətinə mənim donuz əti yeməyim və viski içməyimdən daha çox layiq olan məsələlər var.
15.Əsl kişi şeir oxumaz – şeir yazmasını isə Allah göstərməsin! Əsl kişi - əsl oğlanlar futbol oynayırlar.
16.O daim ya kitabların içində qurdalanır, ya da evin o başından bu başına elə gəzir, elə bil hansısa yuxunun içində itib.
17.Uşaqlar rəngləmə albomları deyil. Sən onları sevimli rənglərinlə rəngləyə bilməzsən.
18.Özünü qorumağa cürəti çatmayan oğlan böyüyüb, heç nəyə cürəti çatmayan bir kişiyə çevriləcək.
19.Bütün atalar qəlbinin dərinliyində öz oğullarını öldürmək arzusunu yaşatmırdılarmı məgər?
20.Onun üçün səhifələrdəki sözlər mistik, deşifrəsi mümkün olmayan kodlar yığını idi.
21.Yavaş-yavaş irəliləyən saniyələrin arasında sonsuzluq qədər fasilə vardı.
22.Həmin anda yeganə arzum venalarımı açıb onun lənətə gəlmiş qanını bədənimdəın çıxarmaq idi.
23.Məni ağuşuna alan sevgi və günah hisslərindən halım qarışdı, özümü hamama çatdırıb əlyuyanın içinə qusdum.
24.Əfqanlar ənənələri sevir, qaydalara isə nifrət edirlər.
25.Bu dəfə qarışqanın yerində Həsən, lupa ilə ona əziyyət verən isə mən idim.
26.Ağlındakı ilə dilindəki bir olan insanlar elə bilir ki, başqalarında da bu cürdür.
27.“Az qala qalib gəlmək” olmur. Adam ya qalib olur, ya yox.
28.Lənətə gəlmiş o qədər təmiz idi ki,adam onun yanında özünü təmiz qızılın yanında qoyulmuş qəlp pul kimi hiss edirdi.
29.Çərpələng o tərəf-bu tərəfə süzdükcə sənin fikirlərin də eyni dolanbacları keçir.
30.Süni təbəssümdən dartılan üzüm əməlli-başlı ağrıyırdı.
31.Adamlar bugün ayaqqabısını təmizlətdirdikləri birisinə ertəsi gün bacı deyə bilmirlər...
32.Dünyada 3 əsl kişi vardır- Xilaskar Amerika, Britaniya, İsrail. Qalanları isə qeybətcil arvaddan başqa bir şey deyillər. 33.Sənin xalanın tibbi problemləri Ruminin əsərləri kimidir – cildlərlə gəlir.
34.“HƏYAT QATARDIR, YERİNİZİ TUTUN”
35.Gəl. Yenə də yaxşı olmaq, düzəlmək üçün imkan var.
36.Alın-alına uzanıb, ehtirasın hələ sönməmiş alovunu öpüşlərlə bölüşər, gözlərimiz yuxudan yumulana qədər arzuladığımız körpənin balaca şirin ayaqları, ilk təbəssümü, ilk sözləri, ilk addımları haqda pıçıldaşardıq..
37.Nəyisə görüb itirmək, heç vaxt ona sahib olmamaqdan daha çətindir.
38.Zaman çox acgöz ola bilir – bəzən bütün xırdalıqları yeyə bilirmiş.
39.Ancaq nəyinisə əlindən almaq istəyəndə sənə bu qədər xoşbəxt olmağa icazə verirlər...
40.Əfqanıstanda uşaq çoxdu, uşaqlıq yoxdu.
41.Uşaqlar qorxuyla belə mübarizə aparır - onlar yuxuya gedirlər.
42.Bu, bir təbəssüm idi, başqa heç nə. Bu, hər şeyi yoluna qoymayacaqdı. Bu, heç nəyi yoluna qoymamışdı. Sadəcə bir təbəssüm. Bir zərrəcik. Meşədə ağacdan havaya uçan quşun qanadlarından titrəyən bir yarpaq kimi… Amma mənə bu da qənimətdi. Qollarımı açıb, qəbul edirəm. Çünki yaz gələndə qar dənəcikləri bir-bir əriyir. Ola bilsin ki, indi də mən ilk qar dənəciyinin əridiyini görürdüm.


2013/04/08

Monotonluq...

Həyatım necədə monoton keçir.Bir tanışım var o həmişə deyir həyatının maraqlı keçməsini istəyirsən tez tez dəyişiklik etməlisən.Hər şeydə.Dəyişə bildiyin hər şeydə.Bu zamanın ən böyük problemlərindən biri elə monotonluqdu.Bakı elə yerdiki monoton həyat sürməyə məhkumsan.Adi özünü əyləncəyə verə biləcəyin bir yer yoxdu.Ya yaxşı imkan olmalıdı ki,fərqli şəhərlərə və ya ölkələrə gedəsən,ya da bununla barışmalısan.Birdə mənə elə gəlir insanın ətrafındakılardan da çox şey asılıdır.Ailən,dostların,sevgilin və s.Ən böyük problem imkansızlıq.İnsanlar var öz həyatını rəngarəng etməsi üçün kreditə,borca girir.Yada nəblim mənə görə "üzsüzlük" sayılan şeyləri edir.Sırf həyatı maraqlı olsun.Biz bunuda edə bilmirik.Demək hər şey özümüzdən asılı imiş..