2013/04/22

Həyat hər gün nəsə örgədir.

Bunu Dj Fateh Facebook hesabından paylaşıb.Mən də oxuyanda başda dedim mənim də başıma gəlib falan...Amma sonda ...Nəysə türklər demiş insanlara  "önyarqılı" olmaq lazım deyil...
Kinoteatrda oturub filmə baxırıq. Zal ağzına kimi doludur, hamı bir-birinin üstündə oturub az qala. Ənənəvi olaraq, popkorn səsi telelfon zənglərinə qatışıb. Bizdən 2 sıra arxada da bir cütlük oturub və film başlayandan bəri, hər epizoddan sonra oğlan sevgilisinə ekranda baş verənləri izah edir, öz şərhlərini əlavə edir. Məndən uzaqda otursalar da, elə bil düz qulağımın dibində danışırlar. Dərd orasıdır ki, türk dilində filmə baxırıq. Yəni başa düşülməyəsi çox az şey var. Bir də onu gördüm ki, filmin ortasında, arxamda əyləşən qızlar dözməyib həmin o cütlüyə irad tumaq qərarına gəldilər. Başımı çevirdim ki, qızlara dəstək olum - onlara kobud cavab verməsinlər. Qız elə təzə ağzını açdı ki, "İmkan verə...". Hamımız donub qaldıq. Cavan oğlanın yanında əyləşən qızın gözündə qara eynək var idi. Oğlan səbrlə, heç yerindən durmadan bircə cümlə dedi və içi mən qarışıq, zalın yarısı dözməyib bayıra çıxdı. "Üzr istəyirəm, bacım görmür...həftədə bir dəfə...kino...". Qardaş, bağışla! Sənin neçə ildir səbrlə dözdüyünə, biz 120 dəqiqə dözə bilmədik. Bağışla. Allah günahımızdan keçsin! Bunu elə o saat ona görə bölüşürəm ki, bir-birimizə qarşı bir az daha dözümlü olaq. Bir qulağımızı kar, bir gözümüzü kor edə bilək. Özümüzdən çıxmayaq. Özümüzə gələk. Yoxsa gözümüzdən gələcək.

No comments:

Post a Comment