Bu yazını yazmaqda məqsədim bəzi Fənərbahçe azarkeşlərinin təskinliklərinə bir aydnlıq gətirməkdir.Bir Galatasaray azarkeşi olaraq 20ci çempionluq ilin ən gözəl hədiyyələrindən biri oldu mənə.Bəli Galatasaray 20ci çempionluğu və 4cü ulduzu İLK olaraq 25.05.2015ci il tarixində Fənərbahçenin İstanbul Balıkşehir qarşısında xal itirməsi ilə öz formasına taxdı.Həm son oyunu gözləmədən.1 gün öncə FB məşqçisi öz klubundan və oyunçularından əvvəl güvəndiyi Beşiktaş Galatasaray qarşısında TT Arenada 2-0 məğlub oldu.Ümüdlərini Çaykur Rizeye zilləyən İsmail Kartal yəqin oyunçuları ilə öz oyunlarına hazırlaşmaları lazim oldğunu unudublar ki,futbol yox teykvando oyununa çıxdıqlarını zən edən futbolçuları oyunda 10 dəqiqə ərzində 4 qirmizi aldı və oyunu azlıqda 2-2 hesabı ilə bitirdi.Bundan öncə isə Genclerbirliyi oyununda qapıçının topa uzanmağını və hər fürsətdə özlərinin palçığını Galatasaraya yaxmaq istəyən Fənərlilər Volkan Babacanın (2006-2011 ci il FB-da oynayıb)baxdığı və buraxdığı topları görməməzlikdən gəldilər.
Oyunun özətinə buradan baxa bilərsiz Gələk ilin əvvəlinə Galatasaray bu il Prandelli ilə başlamışdı ligə bundan əlavə Çempionlar Ligi və Türkiyə kubokunda oyunları vardı.Prandelli dönəmində bərbad nəticələr göstərərək hər oyunda həm liqdə həm də ÇLdə tarixinin antirekorduna (hətta az qala Fənərbahçenin ÇLdə qurupda qolsuz və xalsiz tamamlaması antirekordunu) imza atan Galatasaray rəqib azərkeşlərin "G4L4T4S4R4Y" kimi gözəl zarafatlarına tuş gəldilər.
Galatasarayın 2014-2015 ÇL nəticəsi.
Amma onlar nə bilərdilərki hər məzləndikləri komanda 4cü ulduzu taxanda eynisini onlara Galatasaray azarkeşləri edəcək.Galatasaray bu çempionluq yolunda irəlilədiyi yolu yazıram.Fenerbahçe ancaq ligdə və Türkyə Kubokunda irəlilədiyi vaxtda (sonradan kubokda məğlub olub ancaq liqə üstünlük veriləcəkdi) Galatasaray və Beşiktaş avropada və lig,kubok qarışıq oyunlara çıxırdı.Galasaraya uğursuz məğlubiyyət serialarının ardından öncə Prezident Ünal Aysal istefa edərək klub prezidentliyindən çəkildi.Maliyə problemləri ilə üzləşən Galatasarayin başına müvəqqəti olaraq "Divan Başkanı" Duygun Yarsuvat gəldi.Alacaqlaq və veriləcək pullardan yaranan problemləri müvəqqəti olaraq yoluna qoydular.Çempionlar Ligasindakı uğursuz nəticələr isə Dekabr ayında Prandellinin komandadan uzaqlaşdırlması ilə nəticələndi.Təbii ki,bu uğursuzluqları tək onun üzərinə atmaq olmaz.Nəzərə alsaq ki,TFF "yabancı oyunçu" uyqulaması ilə əlaqədar Galatasarayın və Beşiktaşın önünü çox məharətlə kəsirdi(Məsələn gələn sezon Fenerin avropaya getmə şansı yaranan kimi özlərinin Galatasaray yandaşı adlandırdıqları TFF yabancı oyunçu qaydalarında 180 dərəcəli qərar dəyişikliyinə getdilər.Nə qədər istəsən yabancı oyunçu qat heyətə).Nə isə problemlər problem dalınca gəldi.Prandelli getdi Dekabrda Hamza Hamzaoğlu gəldi.Söhbəti uzatmaq istəmirəm sona 2 tur qalmış yenidən seçimlər oldu və seçimlər sonrası Duygun Yarsuvat yerinə Dursun Özbək komandaya Prezident seçildi.Galatasaray bütün sezon boyu 2 məşqçi 3 prezident deyişərək Süper Lig Çempionu oldu və bundan əlavə Türkiyə Kubokunda Finala çıxdı.Ümüd edirəm Kuboku da alıb sezonu 2 kubokla qapadarıq.
Fənər nə etdi deyim sizə sezonun ən çətin fikstur vaxtı 4-5 oyunçusu zədənləndi və növbəti tur Bursasporla rəqib meydançasında oyunu olan Fənərə birdən Rize dönüşü kimsə silahlı hücum etdi.Təsadüfdən həmin gün avtobusu həmişə müşayət edən polis maşını yox idi.Silahlı hücuma məruz qalan Fenerbahçe klubu yönəticiləri edən şəxsin və işin motivi anlaşılana qədər oyuna çıxmayacaqlarını açıqladı.
Sezon başı Galatasarayı oyunçuların pulunu verə bilmir deyə ələ salan azarkeşlər Genclerbirliyi oyununda GSnın oyun aldığını söylədilər.Özlərinin bir həftə öncə oyunda vurduqları qolu görməməzlikdən gələn Fenerlilər GSa söz atdılar
Bundan əlavə bu il ən çox penaldan qol vuran klub 3 böyüklər arasında Fənərbahçedir.İstədikləri anda ligi 1 həftə ertəliyən TFF belə bulara kömək ola bilmədiyi kimi hələ üstəgəl GS yandaşı etdilər.
Bütün ümüdləri puça çıxan Fənərlilər ind isə "olsun biz sizi 6-0 yendik" və "bizi 15 ildi öz meydançamızda uda bilmirsiz" MODuna keçiblər.
Bu 15 il ərzində isə GALATASARAY nələr edib.(1999) 4 il ardıcıl çempionluq (İlk dəfə və hələki tək) UEFA kuboku.(Arsenalı məğlub edib kuboku qazanan Galatasaray Türk futbolunda ən böyük naliyyəti qazandı) UEFA Super Kubok (Superkubok finalında Real Madridi məğlub etdi.Həmin Real Madridin müdafiəçisi illər sonra Fenere gelende yere-göyə sığmayan Fenerlilər Kuboku öz gözəl "məntiqləri" ilə heçnə edir) Türkiyə Lig Çempionluğu: 1999, 2000, 2002, 2006, 2008, 2012, 2013, 2015 Türkiyə Kuboku: 1999, 2000, 2005, 2014 Türkiyə Süperkuboku: 2008, 2012, 2013
Ümumilikdə isə 17 kubok.
Bu müddətdə Fener 6 Lİg (1i şikəli olduğu üçün Avropandan 2 il men cezası alıb,CASa gedib "CAS davası onur davamız" deyib geri çəkmərik deyib geri çekdilər.2012ci ildə FB maliye problemləri yaşandığına görə TFF Prezidenti Mehmet Ali Aydınlar (FB kongre üzvü) super final deyə bir şey çıxartdı LIGİ FBdan 9 xal qabaqda qutaran GS Super Fİnalda İLK dəfə FBnın meydançasında Kubok qaldırdı.Çarəsiz qalan FB yönəticiləri işıqları söndürüb buna mane olmaq istədilər.) 2 Türkiyə Kuboku və 3 Süper Kuboku qazanıb.Ümumilikdə 11 kubok.Və bütün bulara baxmayaraq hələ də Fenerlilər onlar bii 15 ildi öz meydançamızda udmur deyirlər
Sonda deyim Platininin bir sözü var "Böyük klublar qazandıqları kuboklara görə,kiçik klublar məğlub etdikləri "Böyük klublara" görə sevinər"
İndi isə əziz Galatasaray və Fənərbahçe azarkeşləri özünüz seçin nəyə sevinmək lazımdı!!!